Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Mübariz Qurbanlı: Komitə yalnız məzarlıqların reyestrini aparır, qalan məsələlər isə…

“Məzar yerlərinin ayrılması və digər məsələlər sırf bələdiyyələrin səlahiyyətində olan məsələdir.”

Vəfat etmiş insanlar üçün məzar yerlərinin ayrılması və digər məsələlər sırf bələdiyyələrin səlahiyyətində olan məsələdir.

Din.az bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

Onun sözlərinə görə, Nazirlər Kabinetinin məzarlıqların salınması və idarə olunması ilə bağlı qərarına əsasən, komitənin səlahiyyəti yalnız məzarlıqların reyestrini aparmaqdan ibarətdir. Digər bütün səlahiyyətlər yerli bələdiyyələrə aiddir.

M.Qurbanlı əlavə edib ki, yerli bələdiyyələr həmin məzarlıqlara həm cavabdehdir, həm də onları idarə edirlər: “Bəzən mətbuat nümayəndələri məzarlıqlarla bağlı bütün məsələlərə görə bizim komitəyə müraciət edirlər, amma məzarlıqlar, dediyim kimi, yerli bələdiyyələrin nəzarətindədir. Bu, daha doğrudur, çünki məzarlıqlar vahid bir mərkəzdən deyil, yerlərdə idarə olunmalıdır. Bu, tam məntiqli bir addımdır”. / Trend.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az