Moskvada minlərlə müsəlman ildırım və yağış altında cümə namazı qıldı – VİDEO

Moskvanın tarixi məscidlərindən birindən yayılmış video-görüntülər böyük marağa səbəb olub.
“Paytaxt meri sağ olsun!”-sosial şəbəkə istifadəçiləri belə yazdı…
Ötən cümə günü Rusiya paytaxtındakı məscidlərdə yer kifayət etmədiyindən minlərlə mömin tufan zamanı bayırda ibadət etməyə məcbur olub.
Din.az xəbər verir ki, Moskvanın tarixi məscidlərindən birindən yayılmış video-görüntülər böyük marağa səbəb olub. İslam məbədinin kiçik zalına sığışmayan yüzlərlə müsəlman leysan yağış altında asfalt üzərində namaz qılmalı olub. Möminlərdən bəziləri selofanla, yaxud çətirlə qorunmağa çalışıb. Bir çoxları isə tufana əhəmiyyət vermədən ibadətlərini icra ediblər.
Oxşar mənzərə Rusiya paytaxtının digər 3 məscidində də müşahidə olunub. / Moderator.az
"Спасибо" мэрии Москвы за наше счастливое детство. #Дайтеуженампостроитьмечетибудьтелюдьми
Gepostet von Arslan Mudarisov am Freitag, 14. Juni 2019