Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

MOSKVADA 200 MİNDƏN ÇOX MÜSƏLMAN BAYRAM NAMAZI QILDI

Müsəlmanlar Rusiya paytaxtının mərkəzi küçələrinə toplaşdılar.

Moskvada Qurban bayramına həsr edilmiş tədbirlərdə 200 mindən çox müsəlman iştirak edib.

Din.az Milli.Az-a istinadən xəbər verir ki, bayram namazının qılınması üçün dindarlar Rusiya paytaxtının mərkəzi küçələrinə toplaşıblar.

Moskva polisinin əməkdaşları Rusiya Qvardiyası ilə birgə bayrama həsr edilmiş dini ayinlərin keçirildiyi yerlərdə təhlükəsizliyi təmin ediblər.

“İctimai asayişin pozulmasına yol verilməyib”, – polisdən bildirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az