Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Monteneqroda yerli sakinlərlə miqrantlar arasında kütləvi dava olub

Avropada mühacir böhranı davam edir.

Monteneqronun paytaxtı Podqoritsa şəhəri yaxınlığında yerli sakinlərlə miqrantlar arasında kütləvi dava baş verib.

“Din.az”-ın APA-ya istinadən verdiyi xəbərə görə, münaqişə miqrantların məskunlaşdığı Spuj qəsəbəsində qeydə alınıb.

İnsident nəticəsində Pakistan vətəndaşı ağır kəllə-beyin travması, daha bir neçə nəfər müxtəlif bədən xəsarətləri alıb. Polis kütləni dağıtmaq üçün havaya atəş açmaq məcburiyyətində qalıb. Hadisənin baş verməsinə görə tərəflər bir-birilərini ittiham edirlər. Faktla bağlı polis araşdırma aparır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az