Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Misvak nədir?

“Əgər ümmətim üçün çətin olmasaydı, hər namazdan əvvəl misvakla dişləri təmizləməyi əmr edərdim”.

Misvak isti iqlimli Şərq ölkələrində (o cümlədən, Ərəbistan, Misir, Hindistan, İran, Pakistan, Afrika ölkələri) bitən, çubuqlarından diş təmizləmək üçün istifadə edilən ərak (Salvadora Persica) adlı həmişəyaşıl kol bitkisidir. Meyvəsi yeyilir, yarpaqları iltihab əleyhinə, yağı revmatizmə qarşı dərman kimi işlədilir. Nazik və sıx budaqları var, qabığı çox da qalın deyil. Budaqlarının içərisi nazik liflərdən ibarətdir. Təqribən karandaş yoğunluğunda olan budaqlarını doğrayır, ucunun qabığını soyur, lifləri su ilə isladıb bir-birindən ayırırlar. Yumşaq fırça təsiri bağışlayan lifləri diş üçün çox faydalı olan minerallarla zəngindir. Misvakın lifləri antibakterial maddələrlə, C vitamini, flüor, efir yağları, sellüloz və s. ilə zəngindir. Misvak diş çürüməsinin, diş qanaxmalarının qarşısını alır, diş səthində yaranmış daşları ləğv edir, damağı bərkidir, ağızdan gələn pis qo¬xunu aradan qaldırır, ağız boşluğundakı bakteriyaların kökünü kəsir, mina təbəqəsini möhkəmlədir, dişləri ağardır.

Dişləri məhz misvak çubuğu ilə təmizləmək İslamda böyük savab sayılır. Muhəmməd əleyhissəlam misvakdan tez-tez istifadə edir və müsəlmanlara da bunu tapşırırdı. O, buyurmuşdur ki, əgər ümmətim üçün çətin olmasaydı, hər namazdan əvvəl misvakla dişləri təmizləməyi əmr edərdim.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az