Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Misirdə törədilən terror aktında 10 hərbçi həlak olub

Misirdə terror aktı törədilib.

Misirin Sinay yarımadasında baş verən silahlı hücum nəticəsində azı on hərbçi ölüb.

Din.az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Sky News Arabia” kanalı məlumat yayıb. Məlumatda bildirilir ki, Qəzza sektorunun yaxınlığındakı Rafax şəhərinin əl-Baras rayonunda partlayıcı qurğu quraşdırılmış avtomobil partladılıb.
Nəticədə 10 hərbçi ölüb. Ölən hərbçilərin arasında mayor da var. Onlarla yaralı hərbçi isə xəstəxanaya çatdırılıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az