Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Misir prezidenti Azərbaycana gəlir

Səfər ilin sonuna qədər baş tuta bilər.

Azərbaycan və Misir arasında ikitərəfli münasibətlərin gündəliyində Misir prezidenti Abdel Fattah əs-Sisinin yaxın vaxtlarda Azərbaycana rəsmi səfərinin təşkil edilməsi durur.

Din.az “Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycanın Qahirədəki səfiri Tural Rzayev deyib.

Səfirin sözlərinə görə, payızda Misir prezidentinin Bakıya səfəri ilə bağlı işlər diplomatik səviyyədə akitv şəkildə aparılacaq, belə ki, səfər ilin sonuna qədər baş tuta bilər.

T.Rzayev əlavə edib ki, belə yüksək səviyyədə səfər heç şübhəsiz ki, iki ölkə arasında münasibətlərin bütün sahələrdə inkişafına böyük impuls verəcək.

Qeyd edək ki, Misir prezidenti Abdel Fattah əs-Sisi ötən ilin martında Bakıda keçirilən IV Qlobal Foruma dəvət olunsa da, sıx iş qrafiki səbəbindən səfəri baş tutmamışdır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az