Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Misir 2 adasını Səudiyyə Ərəbistanına təhvil verir

Bu iki ada illərdir iki ölkə arasında mübahisəli ərazi idi.

Misir Parlamenti Konstitusiya Komissiyasında ötən il Tiran və Sanafir adalarının Səudiyyə Ərəbistanına verilməsi barədə qərar səsverməyə çıxarılıb.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, qərar 44 nəfərlik komissiyada 35 lehinə səslə qəbul edilib.

Bununla da adaların təhvil verilməsi rəsmiləşib.

Qeyd edək ki, Qırmızı dənizdə Sinay yarımadasına yaxın yerləşən bu iki ada illərdir iki ölkə arasında mübahisəli ərazi idi. Ötən il Kral Salmanın Misirə səfəri zamanı adaları təhvil vermək üçün qarşı tərəfi razı sala bilmişdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az