Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Miqrantlara qarşı qeyri-insani qərar: Onlara qidanın paylanılması qadağan edildi

Avropanın miqrantlara qarşı dözümüzülüyü…

Qərar ölkə daxili işlər nazirinin səfərindən sonra qəbul edilib.

“Din.az” “İslamazeri.az”a istinadən verdiyi xəbərə əsasən, Fransanın şimalında yerləşən Kalə şəhərinin meri miqrantlara qidanın paylanılmasını qadağan edib. Adıçəkilən şəhərdə “cəngəllik” düşərgəsi yerləşirdi.

Nataşa Buşah, ötən gün daxili işlər naziri Bruno Le Ru şəhəri ziyarət etdikdən sonra qadağa haqda qərara imza atıb.

Düşərgənin hələ 2016-cı ilin noyabr ayında sökülməsinə baxmayaraq, Kaledə hələ də bir neçə yüz miqrant qalmaqdadır. Onlara qidanı yerli yardım təşkilatları verir.

Mer Buşar bu “üsulla” yeni “cəngəlliklərin” meydana çıxmasının qarşını almaq istəyir.

Daxili işlər naziri də Kalə şəhərinin merinin bu təşəbbüsü dəstəkləyib. Hüquq nöqteyi-nəzərindən qərar insanların şəhər hüdudlarında toplaşması qadağası ilə şərtləşdirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az