Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Minlərlə müsəlmanı qətl edən müdafiə naziri öldü – FOTOLAR

1982-ci ildə HAMADA NƏ BAŞ VERİB?

1982-ci il fevralın 2-də minlərlə müsəlmanın qətl edilməsinə səbəb olan müdafiə naziri Mustafa Tlass ölüb.

Din.az “A24.Az”a istinadən xəbər verir ki, o, Suriya hökumətinin göstərişi ilə “Müsəlman Qardaşlar” təşkilatının Hama şəhərində başlatdığı üsyanı yatırmaq məqsədilə qətliam həyata keçirib.

Hama qətliamının səbəbkarlarından BAAS mənşəli hərbçi və keçmiş müdafiə naziri Mustafa Tlass 85 yaşında Fransada öldü.

Mustafa Tlass Hamada rəsmi rəqəmlərə görə, 10 – 25 min arasında müsəlmanı qətlə yetirib.

1982-ci ildə HAMADA NƏ BAŞ VERİB?
Baas Partiyası 1963-cü ildə hakimiyyəti ələ keçirdikdən sonra ölkədə Ərəb Milliyyətçilərinin dəstəyi ilə diktatorluq rejimi qurdu. Bundan sonra ölkə dəmir yumruqla idarə edilməyə başlandı. Eyni tarixdə ölkədə hərbi vəziyyət elan edildi. Özü əsgər olan (Hava Qüvvələrinin Komandiri) Hafiz Əsədin həyata keçirdiyi dövlət çevrilişindən sonra Baas rejimi tamamilə başqa qəlibə girdi. Çevrilişdən sonra həyata keçirilən xalq səsverməsində Əsədin lider olmağı 99 faiz səslə qəbul edildi. Bu referendumla Əsədin liderliyi “qanuni”ləşdirildi və rəhbərlikdə “Yeganə Adam” oldu. Məhz ölkə bu tarixdən etibarən həqiqi mənada diktatorla tanış olurdu.
Əsəd ölkədə heç bir müxalif fikirli şəxslərin işləməyinə imkan vermir, kimsə baş qaldıran kimi dərhal həs edilirdi. Qəzet və radiolar tamamilə dövlət inhisarında idi. Rejimin əleyhinə heç bir veriliş aparılmırdı. Məhkəmə sistemi isə rejimin möhkəmlənməsi üçün işləyirdi. Məhkəmələr saxta təşkil edilir, vəkillərə müdafiə hüququ verilmir, məhbuslar vəkillə təmin edilmirdi. Xüsusilə Müsəlman Qardaşlara mənsub olanlar izlənilir, təqib edilir, hərəkətləri şübhəli görülənlər Əsədin adamları tərəfindən evlərindən alınır və bunların bir çoxundan bir daha xəbər çıxmırdı. Xüsusən Müsəlman Qardaşlar Cəmiyyəti nümayəndələrinə 1970-80-ci illər arasında ciddi təzyiqlər oldu. Bu tarixlər arasında bir çox cəmiyyətə mənsub olanlar Palmira Həbsxanasında edam edildi.
Hafiz Əsədin rəhbərliyi ilə 1970 – 80-ci illərdə müxalif qrupları, xüsusilə Müsəlman Qardaşları aradan qaldırmaq üçün qanlı aksiyala planlaşdırıldı. Bunlardan ən güclüsü 1982 –ci il fevralın 2-də başladı. Başda Hama olmaqla Suriyanın şimalındakı bütün şəhərləri Müsəlman Qardaşlardan tamamilə təmizlənməsi üçün Rüfət Əsədə 12 min əsgər verildi və xüsusən müxalif ünsürlərlə əlaqəsi olan 100 ailənin bütün üzvlərini əhatə edən 5 min adamı öldürmə səlahiyyəti verildi. Rüfət Əsəd və əsgərləri evlərə girir, tanklarla evləri dağıdır, hətta uşaqları ana və atalarının gözləri qarşısında öldürürdülər.
Əsəd rəhbərliyinin həyata keçirdiyi üsyanın tarixdə bənzərinə az rast gəlinir. Beynəlxalq Amnistiya Təşkilatının hesabatına görə “Dar küçələrdən tankların və hərbi qüvvələrin keçidini asanlaşdırmaq üçün şəhərin qədim küçələrini havadan bombalayıb. Günlərlə davam edən ağır bombardmandan sonra fevralın 15-də müdafiə naziri Mustafa Tlass üsyanın yatırıldığını deməsinə baxmayaraq şəhər əhalisinə qan uddurmaqda davam edirdi. O xalqın hərbi qüvvələrlə pis rəftar etməsi adı altında xalqa divan tuturdu. Fevralın 19-da 70 nəfər kütləvi şəkildə qətl edilib. El-Hader bölgəsində yaşayanların hamısı edam edilib. Şübhəli adı altında insanları bir əraziyə yığaraq ac-susuz buraxıblar”.
Rejimin həyata keçirdiyi qırğın 3 həftə davam edib. 24 Fevralda onunla müsahibə aparan bir jurnalistə Əsəd şəhərdə həyatın normala döndüyünü desə də, yollar hələ də bağlı qalmışdı. Qırğından qurtulan bəzi Hamalıların dediyinə görə “çürüyən meyitlərdən gələn qoxu bütün şəhəri bürümüşdü”. Dağıdılmış binaların qalıqları altında, küçələrdə yaralılar və meyitlər olub. Əsgərlər meyitlərə də təcavüz ediblər. Qarşıdurmalar zamanı Hamadan olanlar və olmayanlar xüsusi amansızlıqla edam edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az