Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Millət vəkilindən etiraz: Bu, kütləvi savadsızlığın artmasına səbəb olacaq

“Avropada təhsil hamı üçün əlçatandır və məktəbin görünməyən xərcləri valideynin çiynində deyil”.

Millət vəkili Fazil Mustafa dərslərin iyun ayının ortalarına qədər uzadılmasına və “Təhsil haqqında qanun”da edilən son qalmaqallı dəyişikliyə öz etirazını bildirib.

Din.az bildirir ki, deputat Oxu.Az-a açıqlamasında, dərslərin uzadılmasının dərsin keyfiyyətinə hansısa müsbət təsir göstərmədiyini, əksinə, həm valideynlər, həm müəllimlər, həm də şagird və tələbələr üçün maddi, eləcə də başqa problemlər yaratdığını söyləyib: “Milli Məclisin dünənki iclasında da bu fikirlərimi səsləndirdim. Bu qərarın dəyişdirilməsini, dərslərin sentyabrın 1-dən başlaması və mayın 25-də tamamlanmasının çoxluğun maraqlarına uyğun gəldiyini ifadə etdim.

Bəzən deyirlər ki, Avropa ölkələrində cəmi 45 gün tətil edirlər, ancaq bir şeyi unutmayın ki, orada təhsil hamı üçün əlçatandır və məktəbin görünməyən xərcləri valideynin çiynində deyil. Mən də istərdim ki, uşaqlar məktəbdə daha çox olsunlar, oxusunlar, ancaq sual olunur, hansı məktəbdə? İdman üçün şərait yox, üzgüçülük hovuzu yox, sinif otaqlarında, auditoriyalarda adicə kondisioner yox, onları məktəbə daşıyacaq avtobusdan başqa ictimai nəqliyyat yox, üstəlik, zavallı müəllimin maaşı da aşağı səviyyədə. Bir çox valideyn gün ərzində avtomobillə bir neçə dəfə məktəbə gedib-gəlməli olur ki, uşağının təhlükəsizliyini təmin etsin”.

F.Mustafa “Təhsil haqqında qanun”da edilən dəyişikliyə görə, ali məktəblərin bakalavr pilləsinə qəbul üçün hazırlıq qruplarının təşkil olunmasına da etiraz edib: “Bu, kütləvi savadsızlığın artmasına öz töfhəsini verəcək. Adamların xaricdə təhsil almaq üçün valyutanı ora daşımasını  istəmiriksə, universitetlərdə təhsilin keyfiyyətini qaldırmaq və qəbulu asanlaşdırmaq lazımdır. Buraxın kim hansı ali məktəbə istəyir, qəbul olsun, sadəcə, oxuma şərtlərini ağırlaşdırın ki, savadsız adam diplom ala bilməsin. Yəni giriş asanlaşdırılsın, çıxış çətinləşdirilsin! Təsadüfi adam diplom ala bilməsin. Avropada, Amerikada belədir. Adam ali məktəbdə illərlə oxumadan girələnmək istəyirsə, qoy pulunu izafi yerə xərcləsin. Bu, Sovet dövrü deyil ki, əksəriyyət statistikaya görə ali təhsilli olsun. Hazırlıq qruplarında oxuyub, aşağı ballarla ali məktəbin birinci kursuna daxil olanların yaratdığı mühitdə yüksək balla qəbul olanların da öyrənmə rəqabəti xeyli zəifləyəcək. Hesab edirəm ki, bu Qanun onsuz da keyfiyyəti yüksək olmayan təhsilimizi əlavə problemlərlə məşğul edəcək”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az