Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Millət vəkili xeyriyyə aksiyası təşkil etdi

Aksiyasında iştirak edənlər millət vəkilinin imzalı kitabını əldə edəcəklər.

Millət vəkili Qənirə Paşayeva və “Azərkitab” birgə xeyriyyə aksiyası təşkil edib.

Din.az Kult.az-a istinadən xəbər verir ki, bununla bağlı millət vəkili Feysbuk hesabında məlumat verib.

Aksiya 16 sentyabr saat 18:00-da baş tutacaq.

Xeyriyyə aksiyasında iştirak edənlər millət vəkili Qənirə Paşayevanın imzalı kitabını əldə edəcəklər. Aksiyadan əldə olunan gəlir isə hazırda Türkiyədə müalicə alan gənc fəal Arzu Qocayevin müalicəsinə xərclənəcək.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az