Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

MİLLƏT VƏKİLİ QURBAN BAYRAMI GÜNÜ SƏRHƏDYANI KƏNDLƏRDƏ – FOTO

Qənirə Paşayeva kəndə səfəri zamanı seçicilərilə görüşüb.

Millət vəkili Q.Paşayeva Tovuzun Ermənistanla ön cəbhədə yerləşən kəndlərində sakinlərlə görüşüb.

Din.az bildirir ki, ön cəbhə kəndlərinin qəhrəman kəndlər olduğunu söyləyən millət vəkili burada yaşayan sakinlərin düşmənin bütün təxribatlarına baxmayaraq, heç bir zaman öz evlərini tərk etməməsinin, bununla da düşmənə ən layiqli cavab verməsinin hər kəs tərəfindən yüksək qiymətləndirildiyini bildirib.

Qənirə Paşayeva kəndə səfər zamanı seçiciləri də dinləyərək, onları narahat edən problemlərlə bağlı qeydlər aparıb və br sıra məsələlərin rayon səviyyəsində həll olunmasına nail olub.

Millət vəkili Q.Paşayeva ön cəbhə kəndlərində bəzi şəhid ailələrini də ziyarət edib, bayramlarını təbrik edib və qayğıları ilə maraqlanıb. Millət vəkili həmçinin gənclərlə də görüşüb, onların dərsləri, planları ilə də maraqlanıb və fikir mübadiləsi aparılıb. Millət vəkili onlara öz kitablarını imza ilə hədiyyə edib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az