Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Millət vəkili: “Ərdəbil əhalisi sürətlə azalır”

Ərdəbildə əhali kəskin azalır.

Ərdəbil vilayətinin bir çox şəhərlərinin əhalisi sürətlə azalır.

Din.az bildirir ki, bunu Xalxal şəhərinin İran parlamentində olan millət vəkili Bəşir Xaliqi söyləyib. Onun sözlərinə görə, Ərdəbil vilayətinin Xorş-Rüstəm şəhərinin əhalisi vaxtı ilə 35 min nəfər olsa da, indi bu rəqəm 12 min nəfərə düşüb:

“Ərdəbilin Givi şəhərinin də vaxtı ilə 45 min əhalisi vardı, lakin indi 22 mindir. Kəlxur və Xalxal şəhərlərinin də əhalisinin sayında xeyli dərəcədə azalma müşahidə olunub.

Bu bölgənin iqlimi və təbii şəraiti inkişaf və insanların işlə məşğul olması üçün çox münasibdir. Lakin yetkililərin bölgənin problemləri ilə məşğul olmaması bölgə əhalisinin böyük şəhərlərə köçməsinə və əhalinin sürətlə azalmasına səbəb olur”.

Qeyd edək ki, Ərdəbil vilayətinin cənub bölgələrinin əhalisi son illərdə sürətlə azalmağa doğru gedir. Bunun da əsas səbəblərindən biri bölgənin iqtisadi baxımdan geri qalması və işsizliyin günü-gündən artmasıdır. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az