Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

MƏZARLIĞIN ÜSTÜNDƏ MƏSCİD TİKİRMİŞLƏR – FOTOLAR

Məscid inşaatı zamanı qəbirlər üzə çıxıb.

Türkiyənin Sakarya bölgəsində məscid inşaatı zamanı ortaya çıxan qalıqlar görənləri təəccübləndirib.
Din.az bildirir ki,  Sakaryanın Pamukova rayonunda tikintisi davam edən İmam-Əzam məscidi ərazisində Roma dövrünə aid olduğu ehtimal edilən qəbirlər tapılıb.
Hadisə ilə bağlı Sakarya Muzey İdarəsinə məlumat verilib. İdarədən gələn vəzifəli şəxslər ərazidə tikinti işlərini dayandırıb. Arxeoloqların axtarışları zamanı ərazidə kəsmə və yığma daşlardan düzəldilmiş otaq şəklində məzarın olduğu müəyyən edilib.
Təxminən 60 kvadrat metr sahəni əhatə edən otaqda bir neçə insan məzarları aşkar edilib.
Məzarlıqdan çıxan torpağı incələyən mütəxəssislər insan sümükləri ilə yanaşı, ərazidə tarixi əsər qalıqlarının ola biləcəyini də bildirib. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az