Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

MEYMUNDAN KÖMƏK DİLƏYƏNLƏR

Ümidlərini meymuna bağlayanlar…

Hindistan qəribəliklərlə dolu ölkədir. Bu ölkədə qəribə ayinlər, qeyri-adi və kifayət qədər əcaib adətlər mövcuddur. Bu dəfə isə əhali meymuna sitayiş etmək üçün sıraya düzülüb.

Din.az bildirir ki, Hindistanda insanların meymunun ayağına düşüb ondan imdad umması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İnternetdə yayılan görüntülərdə insanlar meymunun ayağını öpüb ondan kömək istəyirlər. Meymun isə gələn-gedənin başına gah sığal çəkir, gah da onları ayağı ilə itələyir.

İnsanlar inanır ki, meymun onların başına sığal çəkdisə demək arzu və istəkləri yerinə yetəcək. / Publika.az

http://publika.az/news/maraqlidunyasi/208558.html

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az