Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

MƏŞHUR RUS YAZIÇISI MÜSƏLMAN OLARAQ VƏFAT EDİB?

Məşhur rus yazıçısı Tolstoy üçün mövlud oxunacaq.

1910-cu ilin 20 noyabr tarixində dünyasını dəyişən məşhur rusiyalı yazıçı Lev Tolstoy üçün mövludun oxunacağı açıqlanıb.

Din.az “A24.az”a istinadən xəbər verir ki, Dr.Arif Arslan “Hz. Muhamməd” ilə bağlı risalələrini türk dilinə tərcümə etdiyi Lev Tolstoyun ölümünün ildönümündə mövlud oxudacaqlarını söyləyib.

Məşhur rus yazıçını başa düşmək üçün yazdıqlarını oxumaqla kifayətlənməyin mümkün olduğunu deyən Arslan “Müsəlmanın arxasından xeyirli işlər görmək bizim məsuliyyətimizdir” deyə bildirib.

Qeyd edək ki, Lev Tolstoyun ölümündən 1 il əvvəl Hz. Muhammədin hədislərini topladığı məcmuəsini 2005-ci ildə türk dilinə tərcümə edən Dr. Arif Arslan məşhur rus yazıçısının müsəlman olaraq vəfat etdiyi iddiasını bir daha səsləndirib və 20 noyabrda onun üçün mövlud oxudacaqlarını da bildirib.

Tolstoy üçün 2011-ci ildə “Məni müsəlman olaraq qəbul edin” və  2012-ci ildə “ Müsəlman Tolstoy” kitablarını qələmə alan Arslan ona Rusiyadan mövzunu araşdırmaq üçün təklif gəldiyini, lakin öldürüləcəyindən qorxduğu üçün təklifi rədd etdiyini bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az