MƏŞHUR ALİM NYUTON XAÇI RƏDD EDƏN BİR XRİSTİAN OLUB

Allahın varlığının lehinə arqumentlər irəli sürən alim…
İssak Nyuton (1643-1727) dünya tarixinin gördüyü ən vacib elm adamlarından biridir. 1687-ci ildə dərc edilən “Philosophie Naturalis Principia Mathematica” (Təbiət Fəlsəfəsinin Riyazi prinsipləri) əsəri ilə təyyarələrimizi uçurdan, avtomobillərin və günlük həyatda istifadə etdiyimiz digər əşyaların hazırlanmasında istifadə olunan klassik mexanikanın təməllərini atıb.
Bu kitab müzakirə olunmayacaq bir şəkildə yazılmış ən təsirli və əhəmiyyətli elmi əsərdir. Nyuton universal seçim qanununu və öz adı ilə yadda qalan 3 məşhur hərəkət qanununu kəşf etmiş, riyazi olaraq düstura çevirmişdir.
Planetlərin eliptik orbitlərdə hərəkət etməli olduğunu və Günəşin sistemin mərkəzində olduğunu riyazi olaraq göstərmiş. Beləcə dünya mərkəzli kainat anlayışının sonunu gətirmişdir.
Bu gün də istifadə olunan aynalı teleskotu Nyuton kəşf edib.
Nyuton eyni zamanda tarixin ən əhəmiyyətli riyaziyyatçılarından biridir. Hətta Nyutonla bağlı bir əfsanə də var. İddialara görə Nyuton dinləri rədd edən bir deist olub. Hansı ki, bu iddia yanlışdır. Çünki Nyuton özünü elm adamından çox ilahiyyatçı olaraq görüb. Kainatla maraqlanmayan bir Allaha deyil, təbiət qanunlarını təxirə salıb möcüzələr sərgiləyən, kainatı hər saniyə ayaq üstə tutan Allaha inanıb.
Allahın varlığının lehinə arqumentlər irəli sürən Nyuton özünün elmi işlərini də dini iş olaraq görmüş, kainatı Allahın ikinci kitabı olaraq qiymətləndirmişdir. Bəhs etdiyimiz məşhur əsərində Allahdan bir necə dəfə bəhs etmişdir. İncili çox yaxşı bilən Nyuton xristianların böyük əksəriyyətinin müdafiə etdiyi xaç çəkmə inancını rədd etmişdir. Allahın bir olduğunu, hətta xaç çəkmə inancını xristianların uydurduğunu bəyan etmişdir.
Firuzə Alimova / A24.az