Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“MƏSCİDUL-ƏQSA”DAN METAL DETEKTORLAR GÖTÜRÜLÜR

Yoxlamalar bundan sonra əl detektorları ilə aparılacaq.

İsrailin “Kanal 2” kanalı “Məscidul-Əqsa”da quraşdırılmış metal detektorların bu axşamdan etibarən götürüləcəyəni iddia edib.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yoxlamalar bundan sonra əl detektorları ilə aparılacaq.

Məsələ ilə bağlı hələlik İsraildən rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, 14 iyulda “Məscidul-Əqsa”da atışma çıxmış, 3 fələstinli və 2 İsrail polisi ölmüşdü.

Hadisədən sonra “Məscidul-Əqsa”ya girişə qadağa qoyan İsrail polisi məscidin yaxınlığında metal detektorlar quraşdırmışdı. Buna etiraz edən fələstinlilər bir neçə gündür aksiyalar keçirir, detektorların götürülməsini tələb edirlər.

Aksiyaya sərt müdaxilə edən İsrail polisi 3 nəfəri öldürmüş, 150-dən çox vətəndaşı isə yaralamışdı.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az