Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

“MƏSCİDUL-ƏQSA”DA CÜMƏ NAMAZINDAN ƏVVƏL 3 NƏFƏR QƏTLƏ YETİRİLDİ – FOTOLAR + VIDEO

“Məscidul-Əqsa”da qan töküldü.

Bu gün Qüdsdə yerləşən “Məscidul-Əqsa”da cümə namazından öncə qan tökülüb.

Din.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İsrail polisi və bir neçə fələstinli arasında məscidin yaxınlığında bilinməyən səbəbdən atışma olub.

İddialara görə, silahlı fələstinlilər qaçaraq məscidə giriblər. Atışma məscid ərazisində davam edib. Qarşıdurma zamanı 3 fələstinli öldürülüb, 3 israil polisi isə yaralanıb.

Hadisə yerində araşdırma zamanı öldürülən fələstinlilərin üzərində 2 yarım avtomatik silah və bir tapançanın ələ keçirildiyi bildirilib.

Bu qarşıdurmadan sonra sionist rejim qüvvələri “əl-Əqsa” məscidini hərbi bölgə elan edib və məscidə giriş-çıxışı qadağan edib. Bu, 50 ildən sonra “Məscidi-Əqsa”da namaz qılınmayan ilk cümə günü olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az