Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Məscidlər ibadət üçün dolub daşır

İndoneziyalı müsəlmanlar Ramazan ayının son 10 günündə yerinə yetirilən “itikaf” ibadəti üçün məscidlərə axışıb

Paytaxt Cakartada müsəlmanlar “itikaf” ibadətlərini (bir müsəlmanın məsciddə 5 vaxt namazını qılıması üçün ibadətə çəkilməsi mənasındadır) yerinə yetirmək üçün Cənub-Şərqi Asiyanın ən böyük və İndoneziyanın mərkəzi məscidi olan İstiqlal Məscidinə axın edib.

“Din.az” xəbər verir ki, Ramazan ayının son 10 gününü ibadət edərək keçirmək istəyən indoneziyalı müsəlmanlar, məscidə əlavə geyim və ərzaqla gəlib.

“İtikaf” ibadəti…

“İtikaf” ibadəti Ramazan ayının son 10 günündə Allahın məmnuniyyətini qazanmaq üçün dünya işlərindən uzaqlaşıb məscidə qapanaraq ibadət etməkdir.

Məscid və ya məscidə bənzər bir məkandan kənara çıxmadan, dünyəvi bir şey danışmadan, Qurani-Kərim oxuyub, zikir edib, ibadət və təfəkkür edərək Allaha yaxınlaşmağa çalışan “itikaf” müsəlmanların özlərini yeniləməsi üçün bir zaman dilimi və diriliş şəklində dəyərləndirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az