Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Məscidi yandırmağa çağırış edən şəxs tutuldu – FOTO

Ən böyük məscidi yandırmağa səsləyən amerikalı tutulub

ABŞ polisi “Facebook”da Bostonun ən böyük məscidini yandırmağa çağırış edən və müsəlman icmasının ünvanına digər təhdidlər səsləndirən Massaçusets sakinini həbs edib.

“Din.az” “lent.az”a istinadən bildirir ki, ona qarşı rəsmi ittiham irəli sürülüb.

Belə ki, Paris terrorundan sonra 44 yaşlı Patrik Kiqan Bostonun İslam Cəmiyyəti Mədəniyyət Mərkəzinin “Facebook” səhifəsində “Öz məscidinizi yandırın!” yazıb. Bundan başqa, bir neçə islami qurumun səhifəsində yanan dini tikilinin şəklini paylaşıb.

Patrik Kiqana qarşı həm də qanunsuz silah saxlama maddəsi ilə ittiham irəli sürülüb.

photo_16896

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az