Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Məscidə çirkin hücum: Qurani-Kərimi cırıb …

Avropada İslama qarşı təzyiqlər göstərilir.

Almaniyanın Hamburq şəhəri yaxınlığında yerləşən Şlesviq qəsəbəsindəki bir məsciddə Qurani-Kərimi cıraraq tualetə atan təcavüzkarlar su krantları çıxararaq məscidə zərər verib.

Din.az xəbər verir ki, çərşənbə günü 9.30-11.00 saatları arasında baş tutan hücum Flensburq polis idarəsinin bu gün yayımladığı xəbərdə ortaya çıxıb.

Məscidə girən naməlum şəxs və ya şəxslərin Qurani-Kərimi parça-parça edərək tualetə atdığı, su krantları və sabun qablarını qırdığı qeyd edilib.

Polis tərəfindən edilən açıqlamada məscidə edilən hücumla bağlı istintaqın davam etdiyi bildirilərək, hadisənin işıqlandırılması üçün ətrafdakı sakinlərindən yardım istənib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az