Məsciddə yanğın – Xəsarət alanlar barədə ilkin açıqlama

Ufada məsciddə yanğın baş verib.
Rusiyanın Başqırdıstan respublikasının paytaxtı Ufada məsciddə yanğın baş verib.
Din.az bildirir ki, yanğın 15 kvadrat metr ərazini əhatə edib.
Yanğının qarşısını qısa zamanda almaq mümkün olub. Yanğının söndürülməsində 20-dən çox yanğınsöndürən iştirak edib.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının səbəbləri ilə bağlı araşdırma aparılır. / Trend