Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Məsciddə dua etdikdən sonra nəzir qutusundan pul götürüb qaçdılar – VİDEO

Bursa şəhərində məsciddə oğurluq hadisəsi baş verib.

Türkiyənin Bursa şəhərində məsciddən pul oğurlanıb.

18 yaşlı Z.T və 19 yaşlı B.S Osmanqazi rayonunda məscidə gəlib, dua ediblər.

Sonra ətrafa göz gəzdirib, heç kimin görmədiyindən əmin olan gənclər nəzir qutusunu açıb oradakı pulu götürüb qaçıblar.

“Hürriyet”in verdiyi xəbərə görə, hadisədən xəbər tutan məscid işçisi polisə xəbər verib.

Polis nəzarət kamerasına düşən oğruları taparaq həbs edib.  / Oxu.az
//baku.tv/az/kriminal/11214/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az