Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Məryəm anamızın ikicinsli olması iddiası…

Əgər Allah istəsə, qadınlar kişilərə ehtiyacı olmadan da yaşaya bilər, hətta uşaq dünyaya gətirə bilərlər”

Türkiyənin məşhur ilahiyyatçı professorlarından biri olan Mehmet Okuyanın İsa peyğəmbər və anası Məryəm haqqında xoşagəlməz ifadə işlətdiyi iddia edilib. Mövzunun marağını nəzərə alaraq iddianın əsassız olması ilə bağlı yazını din.az saytı olaraq təqdim edirik.

meryem anaQeyd edək ki, professor Mehmet Okuyan İsanın (ə) atasız dünyaya gəldiyini inkar etmir, əksinə, İsanın (ə) atasız doğulduğunu qeyri-mümkün hesab edən düşüncələrə elmi açıqlamalarla səslənir, bu gün elmin çatdığı məlumatlarla bu doğumun mümkün olduğunu, o dövr üçün bunun möcüzə olduğunu bildirir.

Cəmiyyət olaraq hər hansı mövzuda etdiyimiz tənqidlərin nə qədər əxlaqi və yerində olduğu haqqında düşünmək lazımdır. Müəyyən mövzu ilə bağlı əldə etdiyimiz mühakimələri, yaxud öz düşüncələrimizi irəli sürərkən nə dərəcədə araşdırdığımız və ya əks fikirlərin nə demək istədiyi haqqında nə qədər düşündüyümüz mübahisəlidir. Deyilən cümlələrin zehnimizdə oyatdığı ilk qavrayışla hər hansı fikrə gəldikdə və bu fikirlə bir çox insanı təhqir edib kənarlaşdırırıqsa, deməli, mənfi rəylərimizin pəncəsindəyik. Cəmiyyətin bu tərz davranması əziyyətli olduğu qədər aydın ola bilər. Lakin akademiklərin və ziyalıların da belə davranması insanı çox məyus edir. Təəssüf ki, akademiklərimiz və ziyalılarımız da hər hansı mövzunu qiymətləndirərkən, yaxud tənqid edərkən olduqca əsassız və ittihamedici davranış nümayiş etdirirlər. Mühafizəkarlıq və müasirlik arasında qıvranan ziyalılarımız belə mənfi rəylərin və çıxılmaz vəziyyətlərin pəncəsindən heç cür xilas ola bilmirlər. Buna görə də tənqid əxlaqı, itirilmiş dəyərimizdir. Bunun bir çox nümunəsi vardır. Lakin ən sonuncu nümunələrdən biri Prof. Mehmet Okuyana atılan “Məryəm (ə) və ikicinslilik” iftirasıdır.
Buradan aydın olduğu kimi Mehmet Okuyan, Məryəmin (ə) ikicinsli olduğunu demir, onun bədənində iki hüceyrə olacağı ehtimalını irəli sürür. Professor Okuyan Məryəmlə bağlı ikicinsli ifadəsini işlətməsə də bəzi dairələrin, hətta bəzi məşhur adların inadla “cinsiyyət dedi” iftirası, Okuyana bu mövzuda yenidən açıqlama vermək zərurəti hiss etdirdi. Mehmet Okuyan, bu mövzuda ona atılan iftiralara “Habertürk TV”-də yayımlanan “Öteki Gündem” proqramında cavab verdi.

Okuyanın açıqlamalarını səbrlə dinləyib başa düşməyə çalışan izləyicilər görəcəklər ki, əslində onun belə bir ifadəsi yoxdur. Yəni “Məryəm (ə) ikicinslidir” ifadəsini qətiyyən işlətmir. Bununla yanaşı, Okuyan, İsanın (ə) dünyaya gəlməsinin müəyyən möcüzə olduğunu bidirir, həmin möcüzənin elmi izahatını verir, oxuduğu ayələrə əsasən düşünməyin zəruri olduğunu, bu ayələri əsas götürərək elmi araşdırmaların həmin mövzuya yönəldilməsinin vacib olduğunu vurğulamaq istəyir. Lakin itirilmiş dəyərimiz olan tənqid əxlaqından payını götürməyən bəzi şəxslər “möcüzəni inkar edir” deyərək şikayət edirlər. Burada bir qədər düşünək.

Quranda qeyd edilən hər hansı hadisənin elmi cəhətdən dəstəklənməsinin nəyi pisdir? Yaxud Quranı dəstəkləməsi Allahın gücündən nə azaldır? Bundan sonra proqrama qoşulan urologiya üzrə mütəxəssis Dos. Zəki Bayraqdar isə bu hadisənin tibbi baxımdan hansı mənaya gəldiyini bütün təfsilatı ilə izah edir. Bayraqdar nadir də olsa, bəzi xanımların orqanizminin həm qadın, həm də kişi törəmə hüceyrələri yaratmasının bu gün məlum olduğunu bildirir, Məryəmin (ə) də belə bir orqanizmə malik ola biləcəyini qeyd edir. Bu vəziyyətin Məryəmə (ə) məxsus nəticə ilə öz-özünə hamilə qalmasının mümkün olduğu həqiqətini göstərir. Yəni Allah, Məryəmi və İsanın doğulması hadisəsini öz sünnəsi (qanunları) çərçivəsində bənzəri olmayacaq şəkildə yaradır. Bu hadisənin elmi izahatı Qurana olan inamı artırır, yoxsa azaldır? Bu sualı vermək lazımdır.

mehmet-okuyan copyProf. Mehmet Okuyanın bu mövzuda olan bütün ayələri oxuması və oxuma tərzi əslində bizə başqa oxu tərzi qazandırır. Allah bu oxu tərzinə “Muzzəmmil” surəsində “tərtil” adı verir. Yəni ayələrin mənaları haqqında dərin düşünməyi və ayələrə əsasən həyatı oxumağı zəruri edən oxu tərzi. Mehmet Okuyanın Məryəm (ə) və İsa (ə) ilə bağlı ayələri oxuma tərzi elmi araşdırmalara da öz müsbət təsirini göstərəcəkdir.

Bundan başqa, bu oxuma, hadisənin bir möcüzə olmadığı mənasına da gəlmir. Çünki ayələri və ya hadisələri “söz-məna-məqsəd” sistemilə oxuduğumuz zaman da Allahın, hadisənin baş verdiyi cəmiyyətə mühüm ismarış vermək istədiyini görürük.

Onu da qeyd edək ki: Məryəmin (ə) yaşadığı dövr və cəmiyyətdə qadının dəyərsiz varlıq olduğu və kişiyə bağlı varlıq olduğu anlayışı hakim idi. Həmin cəmiyyətdə qız uşağı dünyaya gətirmək böyük rəzalət hesab edilirdi. Bütün ictimai haqlar kişinin əlində idi. Bununla yanaşı cəmiyyətdə cins fərqinə böyük əhəmiyyət verilirdi. Belə ki, qadınların ibadətxanalara da daxil ola bilmədiyi bir mühit hakim idi. Siyasət və ictimai həyatda qadınların nəinki insan haqları, heç fikir bildirmə haqqından da söhbət gedə bilməzdi. Belə bir mühitdə oğlan uşağı gözləyərkən Məryəmi (ə) dünyaya gətirən Hannə də çox utanmışdır. Lakin Allahın başqa bir planı vardır. Allah belə bir zehinlərə, “Əgər Allah istəsə, qadınlar kişilərə ehtiyacı olmadan da yaşaya bilər, hətta uşaq dünyaya gətirə bilərlər” ismarışını verir və bu hadisəni bir möcüzə ilə həyata keçirir.

Bu əks hökm, Allahın mənfi rəyli, dar düşüncəli zehinlərə xəbərdarlıq etməsidir. Bütün bu açıqlamalara əsasən, Məryəm (ə) və İsa (ə) ayələrini diqqətlə oxuyan və bu oxuması ilə həm elmdə, həm də ictimai cins bərabərliyində mühüm işlər görən Okuyana qarşı edilən hücumlar tənqid əxlaqından uzaq və qəbuledilməzdir. Akademiklərimizdən və ziyalılarımızdan xahiş edirik ki, tənqid edərkən qarşılarındakı şəxsin (səndən bədən fərqi qoymadan) nə demek istədiyini və məqsədinin nə olduğunu yaxşı bilsinlər, ona qarşı hücum mövqeyində olmasınlar.

Cuma Obuz

MÜZAKİRƏ

1 şərh Məryəm anamızın ikicinsli olması iddiası… üçün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az