Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

MƏNƏVİ RAHATLIQ ÜÇÜN… – NAZİRDƏN TƏBRİK

“Azərbaycanda daim mütərəqqi mənəvi dəyərlərin qorunması və təbliğinə həssaslıqla yanaşılıb”.

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev müqəddəs Qurban bayramı münasibətilə mədəniyyət və turizm ictimaiyyətini təbrik edib.

Din.az Kult.az-a istinadən xəbər verir ki, təbrikdə müsəlman aləminin ayrılmaz bir hissəsi olan Azərbaycanda həmişə mütərəqqi mənəvi dəyərlərin qorunması və təbliğinə həssaslıqla yanaşılması qeyd olunub:

“Tanrıya inam və etibarın sarsılmazlığını simvolizə edən bu ayin insanları xeyirxah amallara çağırır, onların mənəvi rahatlığına vəsilə olur. İnsanlar Tanrının sonsuz qüdrət və mərhəmətinə şükür edir, qurbanlar kəsərək imkansızlara bağışlayırlar. Qurban bayramı ölkəmizin hər yerində böyük ruh yüksəkliyi ilə qeyd edilir”.

Əbülfəs Qarayev təbrikin sonunda mədəniyyət və turizm ictimaiyyətinə müqəddəs Qurban bayramı münasibətilə möhkəm cansağlığı, xoşbəxt günlər, ailə səadəti və yeni-yeni uğurlar arzulayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az