Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Məmurların falçı həvəsi – Onların cadu-pitiyə marağı bəzən baha başa gəlir!

Azərbaycanda bir sıra məmurların falçılara xüsusi marağı hamıya məlumdur.

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ayaz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Din.az “A24.az”-a istinadən bildirir ki, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə baxış iclası keçirilib. Zərərçəkmiş Fərqanə Babayeva ifadə verərək deyib ki, Azadi Paşayevlə birlikdə A.Məhərrəmov onu aldadıblar:

“Azadi oğlu üçün mənim qızıma elçi gəldi, sonra da birgə biznes qurmağı təklif etdi. Mən də obyektlərimi sataraq pulu Azadi və Ayaza verdim.Həmin ərəfədə mən əməliyyat olunmalı idim. Azadinin arvadı Mətanət bizə seyid gətirdi. Dedi fala baxdırmışam, sən öləcəksən, ölməmək üçün seyidə pul verməlisən. Mən də falçıya 30 min dollar verdim”.

Qeyd edək ki, F.Babayeva və yoldaşı Ramin Babayev iş qurmaq adı ilə A.Paşayev və A.Məhərrəmova 194 min manat veriblər. A.Paşayev pulu götürüb Türkiyəyə qaçıb. Ramin Babayev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində rəhbər vəzifədə çalışıb.

Qeyd edək ki, Azərbaycanda bir sıra məmurların və ailə üzvlərinin falçılara xüsusi marağı və həvəsi hamıya məlumdur.Yuxarıda haqqında danışılan məhkəmə prosesi də bunun bariz isbatıdır.Və belə görünür, məmurlarımızın, onların ailə üzvlərinin müxtəlif səbəblərlə falçılara üz tutması bir çox hallarda özlərinə baha başa gəlir. Elə keçmiş idarə rəisinin həyat yoldaşının üzləşdiyi və məhkəməyədək uzanan yuxarıdakı əhvalatda olduğu kimi!

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az