Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Melania və İvanka Tramp Səudiyyə Ərəbistanında niyə hicab geyinmədi?

Ağ ev: “Trampın xanımının və qızının hicab geyinməsinə ehtiyac olmayıb”.

Xarici media Səudiyyə Ərəbistanına səfər edən ABŞ prezidenti Donald Trampın xanımının və qızını geyimindən danışıb.

Din.az xarici mediaya istinadən verdiyi məlumata görə, KİV Trampın bu səfərini Obamanın səfəri ilə müqayisə ediblər. Müqayisədə Mişel Obamanın da başına yaylıq bağlamadığı və ümumiyyətlə geyimində qarşı tərəfin adətlərinə riayət etmədiyi göstərilib.

Lakin ABŞ prezidenti özünün sosial səhifəsində paylaşım edərək bildirib ki, Mişel Obama hicab geyinməyi imtina etdiyi üçün səudiyəlilər özlərini təhqir olunmuş hesab edib. Odur ki, Melania və İvanka Tramp qapalı geyimləri ilə diqqət çəksələr də başlarına hicab bağlamayıblar.

Ağ Evin verdiyi açıqlamaya görə, Trampın xanımının və qızının hicab geyinməsinə ehtiyac olmayıb.

Qeyd edək ki, adətə görə Səudiyyə Ərəbistanında qadınlar bütün bədənlərini örtən, təkcə əl və gözləri istisna olmaqla hicab geyinir.

Xatırladaq ki, Qərbin bir çox qadın siyasətçiləri Səudiyyə Ərəbistanına səfərləri zamanı hicab bağlamaqdan imtina ediblər. Bunlara Angela Merkel, Hillari Klinton kimi siyasətçi qadınları misal çəkmək olar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az