Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Məkkədə həkimlər 80 yaşlı hacını infarktdan xilas etdilər – FOTO

Ürəyində problem yaranan zəvvar dərhal əməliyyat olundu.

Səudiyyə Ərəbistanında həkimlər 80 yaşlı hacını ölümün pəncəsindən qurtarıblar.

Din.az bildirir ki, İrandan gəlmiş ahıl kişi Məkkədə Məscidul-hərama daxil olarkən ürəyində nasazlıq hiss etdiyindən həkimlərə müraciət edib. Onda artıq geniş infarkt təhlükəsi aşkar edən mütəxəssislər zəvvarı dərhal əməliyyata götürüblər. Təcili əməliyyat edilən 80 yaşlı hacının ürəyinə arterial stend qoyulub.
Geniş infarktdan ölüm faizi çox olur. Digər tərəfdən, zəvvarın yaşının çox olması və səhhətini doğru izah etməsi üçün ərəb dilini bilməməsi xeyli çətinlik yaradıb. Bunlara rəğmən ərəb həkimlər iranlı dindaşlarının ürəyini uğurla əməliyyat ediblər. Hazırda artıq xəstəxandan çıxarılmış qocaman zəvvar, inşallah, digərləri ilə birgə Həcc ziyarətinin bütün ayinlərini icra edə biləcək. / Moderator.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az