Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

MƏHSULUNDAN SİÇAN NƏCİSİ ÇIXDIĞI İDDİA EDİLƏN “HALAL NEMƏT”DƏN AÇIQLAMA

“Siçan nəcisinin məhsula düşmə ehtimalı sıfıra bərabərdir”.

Ötən gün “Halal nemət min bərəkət” sosislərinin içərisindən siçan nəcisinin çıxması ilə bağlı xəbər yayımlanıb.

Bu barədə məlumatı isə Rəhim İsmayılov adlı şəxs “Baku.ws” saytına göndərib. Hamilə olan yoldaşına mağazadan “Manqalüstü” sosislərini alarkən içərisindən siçan nəcisinin çıxdığını iddia edən şəxs məhsulun fotosunu da çəkib.

Din.az bildirir ki, “A24.az” yazılan iddialara aydınlıq gətirmək üçün “Halal nemət min bərəkət” şirkəti ilə əlaqə saxladı. Şirkətin Keyfiyyətə Nəzarət Departamentinin müdiri Yusifzadə Şəhla Natiq qızı açıqlamasında siçan nəcisinin məhsula düşmə ehtimalının sıfıra bərabər olduğunu bildirdi:

“Siçan nəcisinin məhsula düşmə ehtimalı sıfıra bərabərdir. Çünki bizim müəssisədə 2011-ci ildən İSO 22000 – “Təhlükəsizlik Sistemlərinin İdarə Olunması” tətbiq olunub. Burada “Best Control” deyilən prosedurumuz var ki, bu, ziyanvericilərlə mübarizə prosedurudur. Hazırda biz 4 dövlət qurumu ilə müqavilə bağlamışıq. Bundan başqa müəssisəmizdə Abşeron rayon baytarlıq mərkəzinin nümayəndəsi əyləşib. Yəni bizim özümümüzün baytar həkimimiz var.

Hər həftənin iki günü, xüsusən də 5-ci günləri bizim müəssisədə sanitar günüdür. Həmin günü müəssisəmiz işləmir, bütün həyətyanı ərazilər, avadanlıqlar, zavodun daxili dezinfeksiya olunur. Burada hər bir ziyanvericinin özünə uyğun dərmanlar var. Bundan başqa ayda bir neçə dəfə dövlət qurumlarından müəssisəmizə gəlib nəzarət edirlər. Ona görə də bizim müəssisədə hansısa ziyanvericinin dolaşması, girməsi belə mümkün deyil.

İkincisi, gəlin belə bir ehtimal yürüdək ki, məhsulun içərisinə siçan nəcisi daxil olub. Onu deyim ki, müəssisəmizdə kolbasa hazırlanan texnoloji qurğunun dişləri elə sürətlidir ki, ora diri bir şeyin girməsi və ya həmin nəcisin orda qalması mümkün deyil. Hətta bundan sonra kolbasa məhsulu bir neçə emal prosesi keçir. Kolbasalar bişirilir, hisə verilir, qızardılır, qaynadılır, buxara verilir və sair.

Üçüncüsü, gülməli məsələdir, yazılan iddiada ad yazılıb, amma ünvan, əlaqə vasitəsi qoyulmayıb. Bəs iddiada adı çəkilən sosis hansı tarixdə istehsal olunan məhsulumuzdur? Bunlar haqda heç bir məlumat verilməyib. İstənilən adam qara nöqtəni məhsulun üzərinə qoyub şəklini çəkə bilər.

Bundan başqa, bu kimi iddiaları təyin eləmək üçün dövlət qurumu var: Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi. Həmin məhsulu bizə təqdim edərdi, araşdırılması üçün biz də aparıb həmin mərkəzə analiz verərdik və dəqiq bilinərdi. Yalnız həmin dövlət qurumunun hüquqi cəhətdən səlahiyyəti çatır ki, məhsulda aşkar edilən yad cismi müəyyən etsin, onun ora necə gəlib düşdüyünü araşdırsın.

Firuzə Alimova / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az