Mehriban və Leyla Əliyevalar məscidin açılışında – FOTO – VİDEO

Mehriban Əliyevaya Qurani-Kərim hədiyyə olunub
Zirə Cümə məscidi kompleksi istifadəyə verilib. Məscid kompleksi Aydın Qurbanov adına Fond tərəfindən, xeyriyyəçi Aydın Qurbanovun oğlu Səməd Qurbanovun təşəbbüsü ilə əsaslı təmir olunub.
“Din.az” AzərTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva məsciddə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.
Ümumi sahəsi 3400 kvadrat metr olan məscid kompleksinin hündürlüyü 30 metr olan 2 möhtəşəm minarə bəzəyir. Burada eyni vaxtda 400 insan ibadət edə bilər. Bundan əlavə, ərazidə 250 nəfərlik mərasim zalı yaradılıb.
Sonda Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Qurani-Kərim hədiyyə olunub.
“Din.az” Mehriban və Leyla Əliyevaların Zirə Cümə məscidinə ziyarətini videoda təqdim edir: