Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Məhkəmə Batumidə müsəlmanların ayrı-seçkiliyə məruz qaldığını təsdiqlədi – Məscid tikilmir…

Bu gürcü şəhərində müsəlmanların diskriminasiyaya məruz qaldığı təsdiqlənib.

Gürcüstanda Batumi şəhər məhkəməsi şəhər rəhbərliyi tərəfindən şəhərin müsəlman əhalisinə qarşı ayrı-seçkilik olduğunu etiraf edib.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın “News Georgia” portalı məhkəmənin qərarına istinadla məlumat yayıb. Məhkəmə hakimiyyətin məscid inşasını qadağan etdiyi üçün şəhərin müsəlman icmasının meriyaya qarşı qaldırdığı iddia çərçivəsində belə bir nəticəyə gəlib. Məhkəmə qərarında müsəlmanların məscid tikmək istədiyi ərazidə şəhər rəhbərliyinin heç bir etirazı olmadan 7 pravoslav kilsəsinin tikildiyi qeyd edilib.

“Bələdiyyənin hər iki dinin (müsəlman və xristian) nümayəndələrinə eyni münasibət göstərdiyini söyləmək əsassız olar” -deyə hakim vəziyyətə belə münasibət bildirməklə bu gürcü şəhərində müsəlmanların diskriminasiyaya məruz qaldığını təsdiqləyib.

Ancaq məhkəmə müvafiq səlahiyyətlərinin olmamasını əsas gətirərək müsəlmanların məscid inşaatına icazə verilməsi tələbini təmin etməyib. Məhkəmənin qərarında, sadəcə, şəhər meriyasının məscid tikilməsi üçün müsəlmanların müraciətinə yenidən baxmağa borclu olduğu bildirilir.

Xatırladaq ki, Batumidə ikinci bir məscidin tikilməsi məsələsi 2013-cü ildən bəri qaldırılır. Yerli müsəlmanlar bildirirlər ki, şəhərdəki 1886-cı ildə tikilmiş yeganə məscid bütün möminləri qəbul edə bilmir. Bu problemi həll etmək üçün yerli müsəlman icması təxminən 3 min kvadratmetr sahəsi olan torpaq sahəsi alıb. Lakin şəhər rəhbərliyi guya həmin ərazidə tikili sıxlığı olduğunu “əsas” gətirərək məscidin inşaatına qadağa qoyub. Bundan sonra müsəlmanlar şəhər meriyasını məhkəməyə verib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az