Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

MƏHƏRRƏMLİKDƏ BAKIDA MÜSƏLMANLARI QƏZƏBLƏNDİRƏCƏK FESTİVAL KEÇİRİLƏCƏK

MÜSƏLMANLARIN SEVMƏDİYİ FESTİVAL…

Bakıda “Oktaberfest” pivə festivalı təşkil ediləcək.
Din.az Publika.az-a istinadən xəbər verir ki, festival 28, 29 və 30 sentyabr tarixlərində Bakının müxtəlif məkanlarında təşkil ediləcək.
Festivala gələn qonaqlara alman pivəsi ilə yanaşı, Bavariya üsulu ilə hazırlanmış ətli çörək, müxtəlif çeşidli qızartma sosislər, orijinal alma strudeli və başqa təamlar təqdim ediləcək. Qonaqlar 49 AZN ödəniş etməklə, 2 bakal əsl alman pivəsi və sadalanan təamlardan limitsiz sifariş edə biləcəklər. “Pullman” oteldə təşkil ediləcək festivalda alkaqolsuz “Bitburger” və filtr olunmamış “Erdinger”, “Dark beer” pivələri satılacaq.
Festivalın digər məkanı isə “JW Marriott Absheron Baku Hotel”də yerləşən “Fireworks Urban Kitchen” restoranı olacaq. Burada qonaqlar 55 AZN ödəniş etməklə limitsiz sayda pivə, qrildə hazırlanan sosislər, alma piroqu, yager-şnitsel sifariş edə biləcəklər.
Festivalda iştirak edənlər, həmçinin, ağ və qırmızı şərablar, draftlardan dada biləcəklər.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az