Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

MƏHƏMMƏD PEYĞƏMBƏR ZƏNG VURARAQ ZİYAFƏTƏ GƏLMƏYƏCƏYİNİ DEDİ – DİNLƏRİ TƏHQİR EDƏN ÇARX ÇƏKİLDİ

Reklam videoçarxı dini inanclı insanlar tərəfindən narazılıqla qarşılanıb.

Reklam qısa müddət ərzində dini inanclar təhqir edildiyi üçün sərt bir reaksiya ilə qarşılaşıb.

Ət məhsullarının reklamı üçün çəkilən videoçarx dini inanclı insanlar tərəfindən narazılıqla qarşılanıb.

Din.az GoldNews.Az-a istinadən xəbər verir ki, Avstraliyada “Meat & Livestock Australia” (MLA) adlı ət və ət məhsulları şirkəti televiziyada yayımlanan reklamlarında müxtəlif inanc fiqurlarının təsvirlərindən istifadə ediblər.

Məhəmməd peyğəmbərin telefonla zəng edərək ziyafətə gəlməyəcəyini dediyi reklamda Xristianlığın peyğəmbəri İsa, Buddizmin qurucusu Budda və Scientologinin qurucusu L. Ron Habbard bir stol ətrafında oturub, söhbət edərkən qarşılarındakı quzu ətini yeyirlər.

Reklamın yığışdırılması üçün internet üzərindən aparılan imza kampaniyasında qısa müddət ərzində 4400-dən çox insan iştirak edib.

Avstraliya Hindu Şurası insanlara ət yeməyi təşviq etmək üçün “Ganesha təsviri” istifadə etməyin kobud və alçaldıcı olduğunu ifadə edən bəyanat yayıb.

Hindistandanda da Avstraliyaya qarşı etiraz keçirilib və reklamın efirdən yığışdırılması tələb edilib.

Ət şirkəti isə məqsədlərinin heç vaxt narahatlıq vermək olmadığını, ətlərinin fərqli mədəniyyətlər tərəfindən istifadə edildiyini qeyd etmək istədiklərini ifadə edən bəyanat yayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az