Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

“MƏHƏMMƏD” ADI BRİTANİYADA 10 ƏN MƏŞHUR AD SİYAHISINDA

“Məhəmməd”lər İngiltərədə və Uelsdə ən yayılmış adlardan biri – “Uilyam”ı üstələyir.

Müsəlman adı olan “Məhəmməd” Britaniyada 10 ən məşhur ad siyahısına düşüb və hətta ölkənin 2 ən böyük şəhərində birinci olub.
Din.az bildirir ki, bu haqda “The Daily Telegraph” qəzeti öz saytında Milli statistik xidmətə istinadla məlumat yerləşdirib.
Milli statistik xidmətin məlumatlarına əsasən, yeni doğulmuş “Məhəmməd”lər İngiltərədə və Uelsdə ən yayılmış adlardan biri – “Uilyam”ı üstələyir. Əsasən London və Birmingem şəhərlərində qoyulan bu ad kifayət edir ki, ilk onluqda ola bilsin. Çünki Birmingem ölkənin ikinci ən böyük şəhəridir.
Yeni doğulmuş oğlanlar və qızlar üçün qoyulan adlardan “Oliver” və “Oliviya” isə liderliyi artıq 4-cü ildir ki qoruyub saxlayır. / Publika.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az