Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Masallıda sünnət zamanı azyaşlının ölməsilə bağlı cinayət işi açılıb

K.Hüseynovun ölümünün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib.

Masallı rayonunda sünnət zamanı azyaşlının ölməsilə bağlı cinayət işi açılıb.

Din.az bildirir ki, Masallı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, mayın 3-də Masallı rayon Musaküçə kənd sakini, azyaşlı Hüseynov Kənan Abutalıb oğlunun Masallı rayon mərkəzi xəstəxanasında vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla müəyyən edilib ki, 2012-ci il təvəllüdlü Kənan Hüseynov qeyd edilən tarixdə saat 14 radələrində yaşadığı evdə əvvəllər cərrah işləmiş, 2016-cı ilin aprel ayından təqüddə olan həkim Ramiz Sadıqov tərəfindən sünnət olunarkən halı pisləşib və rayon mərkəzi xəstəxanasına aparılmasına baxmayaraq orada vəfat edib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. K.Hüseynovun ölümünün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az