Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

MASALLIDA RÜSVAYÇILIQ: BƏLƏDİYYƏ SƏDRİ MƏSCİDDƏ KEF MƏCLİSİ QURUB? – AÇIQLAMA

Hüseynhacılı kəndinin sakinlərini hiddətləndirən hadisə…

İcra Hakimiyyəti məsciddə əyləndiyi deyilən bələdiyyə sədrinin müdafiəsinə qalxıb. Masallı rayon Hüseynhacılı kəndində sakinlərin hiddətinə səbəb olan hadisənin baş verdiyi barədə xəbər yayılıb. Kənd sakinləri bələdiyyə sədri olan Rafiq Ağayevdən şikayətçi olublar. Onların sözlərinə görə, mayın 20-də axşam namazından sonra bələdiyyə sədri Rafiq Ağayev sərxoş vəziyyətdə yanında yüngül əxlaqlı bir qadınla kəndin məscidində əylənib.

Din.az “Oxu.Az”a istinadən xəbər verir ki, məsələ ilə bağlı Masallı rayon İcra Hakimiyyətinin nümayəndəsi Əlimərdan Abdullayev modern.az-a açıqlamasında bələdiyyə sədri Rafiq Ağayevi müdafiə edib.

O bildirib ki, sakinlərin ittihamı yalandır və bu, Rafiq Ağayevə atılan böhtandır. Qeyd edib ki, böhtana səbəb kənd sakinlərindən birinin torpaq problemidir:

“Rafiq Ağayevlə bağlı baş verənlər böhtandan başqa bir şey deyil. Kəndin bir ağsaqqal kişisi torpaq üstündə onu bu cür şantaj edir. Bilirsiniz ki, bələdiyyə sədri torpaqları ölçür və yoxlayır. Bu da həmin adama sərf etmir. O adam torpağı qanunsuz zəbt edib, ferma tikib, işıqpulu ödəmir. Ona görə də Rafiq Ağayevi bu cür yalanlarla şantaj edir. Qardaşı uşaqlarını, nəvələrini yığıb yalan məlumatlar yayır. Masallı rayonunun icra başçısı, polis rəisi, həmin adam da dünən Hüseynhacılı kəndində idi. Polis həmin adama xəbərdarlıq edib ki, bələdiyyə sədrini bu cür məsələ ilə şantaj etmək düzgün deyil”.

Ə.Abdullayevin sözlərinə görə, bələdiyyə sədri Rafiq Ağayev artıq ona böhtan atılması faktı ilə bağlı prokrorluğa rəsmi müraciət edib: “Rafiq Ağayev 42-43 yaşlarında bir adamdır. Ailəlidir, iki qızı, bir oğlu var. Kənd sakinləri yalan deyir. Rafiq Ağayev özü də məktubla prokrorluğa müraciət edib ki, məsələ araşdırılsın. Hazırda bu məsələ araşdırılır və kim buna səbəb olubsa, cəzası da veriləcək.

Böhtan atan şəxs ağsaqqal kişidir, 80 yaşı var, amma məscidin adından istifadə edib günahsız bir insan haqqında böhtan danışır. Yazanlar gör nə qədər ağılsızdır ki, bələdiyyə sədri Rafiq Ağayevi “Rafiq Əliyev” kimi qeyd ediblər. Məsələni araşdırmaq üçün ayın 21-də 6 nəfərdən ibarət heyətlə Hüseynhacılı kəndinə getdik. 20 nəfərə yaxın adamı məscidə yığdıq. Bunların dörd-beşi ağsaqqal idi, qalanları da 20-21 yaşlı cavanlar. Hamısı da o kişinin adamlarıdır. Böhtan atan o şəxs deyir ki, Rafiq sərxoş vəziyyətdə məsciddə qadınla uzanıb. Adama deyərlər sən də Rafiqlə bir yerdə idin?!”.

13:13

Masallı rayon Hüseynhacılı kəndində sakinlərin hiddətinə səbəb olan hadisə baş verib.

Oxu.Az-ın məlumatına görə, kənd sakinləri qafqazinfo-ya göndərdikləri müraciətdə bələdiyyə sədri olan Rafiq Ağayevdən şikayətçi olublar.

Sakinlər bildirib ki, mayın 20-də axşam namazından sonra bələdiyyə sədri Rafiq Əliyev sərxoş vəziyyətdə yanında yüngül əxlaqlı qadınla kəndin məscidində olub və həmin qadınla birgə Allahın evində pivə içib əylənib.

Kənd sakinləri qadının kimliyini bilsələr də, etik baxımından həmin şəxsin adını müraciətə salmayıblar. Hadisəyə isə iki nəfər şahid olub. Bələdiyyə sədrinin hörmətsizliyi, əxlaqsızlığı kənddə və rayon camaatında kütləvi narazılığa səbəb olub.

Kənd sakinlərinin yazdığı məktubda bildirilir ki, R. Ağayevin cəzalandırılması üçün Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə də müraciət edilib. Həmin qurumun nümayəndəsinin, kənd ağsaqqallarının, axundlarının və 50-yə yaxın sakinin iştirakı ilə toplantı keçirilib. Toplantıda şahidlər danışıb və fakt sübuta yetirilib. R. Ağayev də kənd sakinlərinin sorğu-sualı nəticəsində təqsirini etiraf edib. Bütün bunlara baxmayaraq bələdiyyə sədri ilə bağlı bu günə kimi heç bir tədbir görülməyib.

Kənd ağsaqqallarının sözlərinə görə, müvafiq qurumlara, ölkə başçısına müraciətdən sonra polis tərəfindən onlara təzyiqlər edilir:

“Bizdən məsələni qabartmamağı, bu işdən əl çəkməyimizi tələb edirlər. Əks halda, daha böyük işgəncələr edəcəklərini bildirirlər. Biz başa düşmürük ki, Allahın evinə hörmətsizlik edən, içki içən, orada əxlaqsız hərəkətlərlə məşğul olan bir bələdiyyə sədrini polis və icra orqanları niyə qoruyur? Guya, biz onu şantaj edirik”?

Artıq Masallı icra başçısı Rafil Hüseynov da bələdiyyə sədri ilə bağlı yaranmış narazılığı araşdırmaq üçün kəndə baş çəkib.

Qeyd edək ki, məlum olaya görə kənd sakinləri ölkə rəhbərliyinə də müraciət edib. Müraciəti imzalayan şəxslərin siyahısı da redaksiyamıza göndərilib.

Bələdiyyə sədri Rafiq Ağayevin nömrəsinə zəng çatmadığından onunla əlaqə saxlamaq mümkün olmayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az