Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Masallıda 5 yaşlı uşaq sünnət zamanı ölüb

Təqaüddə olan həkimin səriştəsizliyi…

Masallıda 5 yaşlı uşaq sünnət zamanı ölüb.

“Din.az”  xəbər verir ki, APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Musaküçə kəndində qeydə alınıb.

Müsəküçə kənd sakini 5 yaşlı Kənan Abutalıb oğlu Hüseynovu sünnət etdirmək üçün təqaüddə olan həkim Ramiz Sadıqovu evə dəvət edib. Uşağın ağrı hiss etməməsi üçün ona ağrıkəsici iynələr vurulub.

Lakin uşağın halı pisləşib və sünnət əməliyyatı başlamadan dünyasını dəyişib. Azyaşlının meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az