Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Martda Birləşmiş Ərəb Əmirliklərindən Bakıya birbaşa reys açılacaq

BƏƏ və Omanın turizm şirkətlərinin nümayəndələri Azərbaycana səfər edəcəklər.

Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov “Air Arabia Airlines” şirkətinin baş meneceri Baratan Ravindran və satış müdiri Şalini Racan ilə görüşüb.

“Din.az” bildirir ki, Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə turizm sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Nazim Səmədov ölkədə turizm sahəsində aparılan islahatlar barədə məlumat verib.

Görüş zamanı martın 16-da Birləşmiş Ərəb Əmirliklərinin Şərca şəhərindən Bakıya ilk birbaşa reysin həyata keçiriləcəyi və bu reys vasitəsilə BƏƏ və Omanın turizm şirkətlərinin nümayəndələrinin Azərbaycana səfər edəcəkləri bildirilib.

Nümayəndələr qeyd ediblər ki, “Air Arabia” hava yolları loukoster şirkəti olduğundan sərnişinlərin 30-35 %-i ilk dəfə səyahət edəcək şəxslərdən ibarət olur.

Görüşdə aprel ayında şirkət tərəfindən turizm şirkətlərinin nümayəndələrinin Hindistandan Bakıya səfərin təşkilinin nəzərdə tutulduğu da bildirilib.

Səmədov qonaqlara ölkəmizin iqlimi, turizm potensialı, bu ildən etibarən hər il aprel və oktyabr aylarında ölkəmizdə keçirilməsi nəzərdə tutulan şopinq festivalı barədə məlumat verib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az