Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

MALAYZİYADA DİNİ MƏKTƏBDƏ GÜCLÜ YANĞIN: 25 NƏFƏR YANARAQ ÖLÜB

Hadisə nəticəsində 25 şagird və müəllim yanaraq öldü.

Malayziyanın paytaxtı Kuala-Lumpurda dini məktəbdə güclü yanğın baş verib.

Din.az “A24.az”a istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 25 şagird və müəllim yanaraq ölüb.

Məlumata əsasən, müsəlman məktəbində yanğın yerli vaxtla saat 05:00 radələrində başlayıb. Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib, hazırda xilasedici əməliyyat davam edir.

Məktəbdə baş verən yanğının səbəbi hələ ki, məlum deyil.

Hazırda Malayziyada 519 özəl müsəlman məktəb mövcuddur. Onların əksəriyyətinin qeydiyyatsız fəaliyyət göstərdiyi bildirilir.

Faciə ilə əlaqədar Malayziyanın baş naziri Nəcib Rəzzak ölənlərin yaxınlarına baş başsağlığı verib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az