Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Malayziya: Myanma qaçqınlarını qəbul edəcəyik

Malayziya hökuməti ölkəyə gələn rohinca müsəlmanlarına sığınacaq verəcək.

Malayziya hökuməti ölkəyə dəniz yolu ilə gələn rohinca müsəlmanlarına sığınacaq verməkdən imtina etməyəcək.

Din.az Trend-ə istinadən bildirir ki, bunu dövlət rəsmiləri bəyan edib.

Qeyd olunur ki, yaxın həftələrdə və aylarda Malayziyaya Myanmadan qaçqın axını gözlənilir.

Malayziya hökuməti onların sığınacaqla təmin olunacağını bildirib.

Qeyd edək ki, avqustun 25-dən Arakan vilayətində Myanma hərbçilərinin “təhlükəsizlik əməliyyatı” zamanı 2 mindən çox müsəlman qətlə yetirilib, 100 mindən çoxu isə evlərini tərk etməyə məcbur olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az