Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Mahmud Abbas: “Fələstin İsraillə əlaqələri bərpa etməyəcək”

“İsrailin bütün yeni tədbirləri ləğv edilməlidir”.

“Qüdsdə “Əl-Əqsa” məscidinin girişində metal detektorların götürülməsinə baxmayaraq Fələstin  İsraillə əlaqələri bərpa etməyəcək”.

Din.az APA-ya istinadən xəbər verir ki, bunu Fələstin prezidenti Mahmud Abbas  deyib.

“Hər şey 14 iyul tarixindən əvvəlki vəziyyətə qayıtmayınca, heç bir dəyişiklik olmayacaq”, – deyə M.Abbas əlavə edib.

Onun sözlərinə görə, Fələstin ikitərəfli əlaqələrin bərpası məsələsinə yalnız İsrail hökumətinin “Əl-Əqsa” məscidi ilə bağlı tətbiq etdiyi bütün yeni tədbirləri aradan qaldırmasından sonra baxacaq: “İsrailin bütün yeni tədbirləri ləğv edilməlidir. Qüdsdə vəziyyət yalnız o zaman normallaşacaq və biz ikitərəfli münasibətlər üzərində işimizi davam etdirəcəyik”.

Xatırladaq ki, ötən gün Qüdsdə “Əl-Əqsa” məscidinin girişində İsrail tərəfindən quraşdırılan metal detektorlar və video kameralar götürülüb.  Müsəlmanların sərt etirazına səbəb olmuş elektron təhlükəsizlik sistemləri İsrailin hərbi-siyasi kabinetinin qərarı ilə ləğv edilib.

Qeyd edək ki, iyulun 14-də Qüdsdə “Əl-Əqsa” məscidi yaxınlığında fələstinli gənc İsrail polislərinə hücum edib. Nəticədə 2 polis ölüb, daha biri yaralanıb. Bundan sonra İsrail hökuməti “Əl-Əqsa” məscidinə girişdə yeni təhlükəsizlik qaydaları tətbiq edib. Bu, fələstinlilərin kütləvi etirazı ilə qarşılanıb.

İsrail təhlükəsizlik qüvvələri ilə toqquşmalar nəticəsində 4 fələstinli ölüb, yüzlərlə şəxs yaralanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az