Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Liviyanın sabiq baş naziri oteldən oğurlandı

Liviyada gözlənilməz hadisə…

Avqustun 14-ə keçən gecə Tripolidə 2012-2014-cü illərdə Liviyanın baş naziri postunu tutmuş Əli Zeydan naməlum şəxslər tərəfindən oğurlanıb.

Din.az bildirir ki, hoteldən oğurlanan Ə.Zeydan bir qrup silahlı tərəfindən naməlum istiqamətə aparılıb. Qeyd edək ki, Əli Zeydan 2013-cü ildə ölkənin baş naziri olarkən silahlılar tərəfindən saxlanılmış, lakin bir neçə saatdan sonra buraxılmışdı. 2012-ci ildə Liviyada səsvermə nəticəsində seçilən Ümummilli Konqres Ə.Zeydanı baş nazir təyin etmişdi.

2011-ci ildə Müəmmər Qəddafinin devrilməsindən sonra Liviyada üç hakimiyyətlilik hökm sürür. Ümumxalq səsvermə nəticəsində seçilmiş və dünya ictimaiyyəti tərəfindən tanınan parlament ölkənin şərqindəki Tobruk şəhərində, tanınmamış Milli Qurtuluş hökuməti Misurata şəhərində, Faiz Sərracın rəhbərliyi ilə Milli Barışıq Hökuməti isə Tripolidə yerləşir. / A24.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az