Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Livan ordusu suriyalı qaçqınları gülləbaran etdi: 12 ölü

Livan tərəfində qaçqın düşərgəsinə gecə saatlarında hücum edilib.

Livan ordusu suriyalı qaçqınların yerləşdiyi düşərgəyə hücum edib, 12 nəfər ölüb.

Din.az “APA TV”yə istinadən xəbər verir ki, Xums-Kusayr sərhəd bölgəsinin Livan tərəfində qurulan Arsel qaçqın düşərgəsinə hücum gecə saatlarında olub.
Zirehli avtomobillərlə düşərgəyə girən ordunun hücumu nəticəsində 12 nəfər ölüb, 400 qaçqın saxlanılıb. Gülləbaran nəticəsində 60-dan çox suriyalı yaralanıb. Hadisə şahidləri yaralılar arasında çoxlu sayda uşaqların və qadınların olduğunu deyib.
Livan tərəfi düşərgədə Azad Suriya Ordusu üzvlərinin olduğunu iddia edir. Qarşı tərəf isə hücum edənlərin “Hizbullah” üzvü olduğunu deyir. Hücumda onlarla tank iştirak edib. Düşərgədəki evlər ordu tərəfindən dağıdılıb.

Arsel qaçqın düşərgəsində 3500 mülki şəxsin yaşadığı bildirilir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az