Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

LATVİYA ÇADRAYLA BAĞLI QANUN LAYİHƏSİNİ DƏSTƏKLƏDİ

Daha bir ölkədə İslama qarşı təzyiq edilir.

Latviyanın Nazirlər Kabineti qadınların ictimai yerlərdə üzünü tamamilə örtən geyimdə gəzməsinə qadağa qoyan qanun layihəsini dəstəkləyib.

Din.az APA-ya istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin hazırladığı sənədə əsasən, motosikletçilər üçün kaska, xidməti öhdəliklərin yerinə yetirilməsi zamanı, idmanda, bədii və mədəniyyət tədbirlərində iştirak etmək üçün istifadə olunan baş örtükləri, habelə hava şəraiti və ya səhhətlə əlaqədar geyinilən baş örtüklərinə qadağa şamil edilmir.


Lakin qanun layihəsi qadınların məbədlərdə və dini fəaliyyətin keçirildiyi hər-hansı məkanlarda üzlərini tamamilə örtən geyimlərdən istifadəsini qadağa etmir.

Nazirlər Kabineti qeyd edir ki, qanun layihəsi cəmiyyət üzvləri arasında açıq ünsiyyət qurmaq məqsədi ilə qəbul olunub. “Qanun layihəsi cəmiyyət üzvləri arasında birlik və harmonikliyin yaradılması məqsədini güdür”, – deyə hökumətdə bildirilir.

Qanun layihəsi təsdiqlənməsi üçün Seymə təqdim edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az