Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Körfəzdə yeni böhran: Tramp barışdırmaq istədi, amma…

Körfəz böhranı həll olunur?

Səudiyyə Ərəbistanı və Qətər arasındakı münasibətlər yenidən pisləşib.

Din.az xəbər verir ki, buna iki ölkənin rəsmi xəbər agentliklərinin yayımladığı xəbərlər səbəb olub.

Belə ki, ABŞ Prezidenti Donald Tramp iki ölkənin liderləri ilə ayrıca danışıb. Bundan sonra Qətər əmiri Təmim bin Hamad əs-Sani və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əs-Səud arasında telefon danışığı baş tutub. Bu telefon danışığını Qətərin QNA agentiyi “Səudiyyəli şahzadə dövlətlərin suveren hüquqlarına hörmət edərək mübahisəli məsələləri həll etmək üçün razılaşma təklif etdi”, Səudiyyə Ərbistanının SPA agentiyi isə “Qətər lideri Səudiyyə Ərəbistanı və 4 ölkənin tələblərini müzakirə etmək üçün razılaşdı” başlığı ilə yayımlayıb.

Bu açıqlamalardan sonra dünya mediasında “Körfəz böhranı həll olunur” başlıqları ilə yazılar çıxmağa başlayıb. Lakin səudiyyəli rəsmilər “İlk zəng edən Qətərdir, ancaq Qətərin xəbər agentliyi bunu açıq deməkdən çəkindi. Qətər dialoq məsələsində ciddi deyil. Aradakı dialoqu kəsirik” açıqlamasını verdikdən sonra vəziyyət yenidən gərginləşib. / Axar.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az