Körfəz ölkələri geri addım atdı – Gözlənilməz qərar

Qətər qonşu ölkələri beynəlxalq qaydalara riayət etməyə çağırıb.
Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn öz hava məkanının bir hissəsini Qətər hava yolları şirkətinin üzünə açıb.
Din.az bildirir ki, şirkət təcili və vacib hallarda bu ölkələrin hava məkanlarından istifadə edə biləcək. Rəsmi Doha isə bildirib ki, bu addım onların təzyiqlərindən sonra atılıb. Qətər qonşu ölkələri beynəlxalq qaydalara riayət etməyə çağırıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Birləmiş Ərəb Əmirlikləri, Bəhreyn və digər bölgə ölkələri Qətəri terrorizmə dəstək verməkdə ittiham edərək onunla əlaqələri kəsib. / Metbuat.az