Uca Allah buyurur::

“Üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun (məsh çəkin). Natəmiz olmusunuzsa, yuyunun!”

"Maidə" surəsi, 5/6

Koranavirus yalandır, yoxsa bəla?

Dinşünas Elşad Mirinin koronavirus barədə maraqlı fikirlər səsləndirib.

Koronavirus barədə müxtəlif fikirlər səsləndirilir. Buna Türkiyə türklərinin komplo teoriyası dedikləri Konspirasiya nəzəriyyəsi kimi yanaşanlar da var, reallıq olduğunu deyənlər də.

Bunu təsdiq edəcək və ya inkar edəcək bir məlumata sahib deyilik. Lakin bəşər tarixinə nəzər yetirdiyimiz zaman müxtəlif yoluxucu xəstəliklərin mövcud olduğunu görürük. İnsanların kütləvi həlakına şahid oluruq. Təsəvvür edin,

1346-1350-ci illərdə Avropada qara ölüm adlandırdıqları vəbadan, yəni taundan əhalinin 30 faizə yaxın həlak olmuşdu.

1545 – 1548-ci illərdə Meksikada qanamalı tempraturdan 15 milyonluq əhalinin 80 faizi dünyasını dəyişmişdi.

1629-1631-ci illərdə İtaliyada vəbadan 280 min insan, 1918-1920 qrip pandemiyasından dünyada 75 milyona yaxın insan, 1960-cı ildən günümüzə kimi HİV virusundan 30 milyona yaxın insan dünyasını dəyişib.

Dinşünas Elşad Miri koronavirus barədə öz fikirlərini ifadə etdiyi videosunu youtube kanalına yerləşdirib. Din.az olaraq həmin videonu sizə təqdim edirik.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az