Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

KOMİTƏ SƏDRİ: “QMİ TƏRƏFİNDƏN TƏYİNAT ALMAYAN ŞƏXSİN DİNİ AYİN İCRA ETMƏSİ QANUNSUZDUR”

QMİ tərəfindən təyinat almayan şəxs dini ayin icra etdyinə görə qanun qarşısında cavab verəcəkdir”.

“Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təyinat almayan şəxsin dini ayin icra etməsi qanunsuzdur. Buna görə o, qanun qarşısında cavab verəcək”.
Din.az “APA”ya istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

”Komitəyə səlahiyyət verilib ki, hər hansı şəxs QMİ təyinatı olmadan yerlərdə dini ayin icra edirsə, komitənin müvafiq nümayəndəsi onun fəaliyyəti ilə bağlı protokol tərtib edir və məhkəməyə müraciət olunur. Həmin şəxs cərimələnir. Bəzən mətbuatın araşdırması nəticəsində hansısa dini məsələ ilə bağlı məlum olur ki, onu icra edən şəxs qeyri qanuni-fəaliyyət göstərir. Təbii ki, bu, cəzasını almalıdır”, – deyə o vurğulayıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

www.islam.com.az

www.islam.com.az